XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Daha 2 paralimpiyaçımız Tokio-2020-yə lisenziya qazandı
İdman 19:19 / 06.07.2021
Azərbaycanın daha iki idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. Atletika idman növü üzrə millinin üzvləri Lamiyə Vəliyeva və Yuliya Yanovskaya reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək paralimpiadada iştirak hüququ əldə ediblər.
Bununla da Azərbaycanın paralimpiyaçılarının qazandığı lisenziya sayı 34-ə çatıb. Onlardan 11-i cüdo, 10-u atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir.
Qeyd edək ki, paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək.

30251 oxunub

InvestAZ