XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Cüdo üzrə Beynəlxalq dərəcəli hakimlərimizin sayı artdı
İdman 10:09 / 06.07.2021
Portuqaliyanın Koimbra şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimləri üçün seminar keçirilib.
Seminarda ədalət təmsilçiləri beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahan veriblər.
Nəticədə Azərbaycanın ədalət təmsilçisi Akif Tahirov beynəlxalq dərəcəli hakim adına layiq görülüb. Referi seminara Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə qatılıb.
Namizədlə əvvəlcə nəzəri və ingilis dili biliklərinin yoxlanması məqsədi ilə müsahibə keçirilib. Növbəti iki gün ərzində namizəd hakimlər tatami üzərində Avropa kubokunun görüşlərini idarə edərək praktik imtahan veriblər.
Hakimimiz Koimbrada keçirilən gənclərin Avropa Kubokunun görüşlərini uğurla idarə edib.

29565 oxunub

InvestAZ