XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Vəhşicəsinə döyülərək öldürülən idman ustasının qatilləri cəzalandırıldı
İdman 18:07 / 05.07.2021
2019-cu ildə Krasnoyarsk (Rusiya) şəhərində biatlon üzrə idman ustası Dmitri Sisiqini ölənə qədər döyən iki şəxsə 14,5 il həbs cəzası verilib. Bildirək ki, Krasnoyarsk Mərkəzi rayon Məhkəməsi yarım saatdan çox davam edən hökmün nəticəsini açıqlayıb. Belə ki, hər iki təqsirləndirilən şəxs 14,5 il ciddi koloniya rejimində cəzasını çəkəcək. Bundan əlavə, məhkumlardan mülki iddia çərçivəsində 5,4 milyon rubl təzminat tələb ediləcək.
Xatırladaq ki, münaqişə 2019-cu il sentyabrın 14-dən 15-nə keçən gecə baş verib. Sözlə başlayan münaqişə onun iştirakçıları üçün ağır nəticələnən dava ilə yekunlaşdı. Beləliklə, biatlon üzrə idman ustası olan Dmitri Sisiqin 22 gün komada qaldıqdan sonra dünyasını dəyişdi.

44603 oxunub

InvestAZ