XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Daha bir idmançımız Tokio-2020-yə lisenziya qazandı​
İdman 22:58 / 30.06.2021

Azərbaycanın daha bir atıcısı Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək. Stend atıcılığı üzrə milli komandamızın üzvü Emin Cəfərov Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb. Belə ki, Emin Cəfərov Beynəlxalq İdman Atıcılığı Federasiyasının qərarı ilə "vayld- kard” əsasında bu yarışda iştirak edəcək.

Qeyd edək ki, Emin Cəfərov həm də Azərbaycan Atıcılıq Federasiyasının baş katibidir.

Xatırladaq ki, buna qədərAzərbaycanın güllə atıcısı Ruslan Lunyov İtaliyanın Bolonya şəhərində keçirilən Avropa çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının qalibi olmaqla Tokio Olimpiadasına lisenziya qazanıb.


30293 oxunub

InvestAZ