XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Avropa çempionatında iştirak edəcək klassiklərimiz müəyyənləşdi
İdman 21:00 / 30.06.2021
Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir. Qitə birinciliyinin son 3 günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Məsul yarışda ölkəmizi təmsil edəcək müvafiq komandamız bu gün Almaniyaya yollanıb. Heyətdə böyük məşqçi Nurəddin Rəcəbov və məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Elmir Əliyev (55 kq), Nihat Məmmədli (60 kq), Qurban Qurbanov (63 kq), Həsrət Cəfərov (67 kq), Xasay Həsənli (72 kq), Elcan Məmmədov (77 kq), Murad Əhmədiyev (82 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) yer alıb.

Sabah bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. İyunun 2-də 55 k, 63 k, 77 k, 87 kq və 130 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. Ertəsi gün isə 60 kq, 67 kq, 72 kq, 82 kq və 97 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.


29703 oxunub

InvestAZ