XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Gəncədə yüksək nəticə qazanan bir qrup idmançı və məşqçilər təltif olunublar ​
İdman 10:16 / 01.07.2021
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən bir sıra idmançıların və onların məşqçilərinin təltifetmə mərasimi təşkil edilib.

Belə ki, ölkədə və ölkə xaricində keçirilən yarışlarda, bunlardan karate idman növü üzrə Avropa çempionatında nailiyyət əldə etmiş idmançılar, həmçinin Parapauerliftinq üzrə Dünya kuboku yarışında bürünc medal qazanan idmançımız, sərbəst güləş idman növündən Bolqarıstanda yeniyetmələr arasında keçirilən Avropa çempionatının gümüş mükafatçıları,

taekvondo, strogmen və pauerlifting, atletika və kross idman növləri üzrə respublika çempionatlarının yüksək nailiyyət əldə etmiş idmançıları, Savat və şaolin döyüş idman növü üzrə dünya kubokunun qalibi​ və digər yüksək nəaliyyət əldə etmiş idmançılar Baş İdarəyə dəvət edilib və müvafiq diplomlarla təltif olunublar. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov tədbirdə çıxış edərək hər zaman idmançıları diqqət mərkəzində saxlamağa və idmançılara dəstək olmağa çalışdıqlarını bildirərək hər bir idmançıya uğurlar arzulayıb.

31385 oxunub

InvestAZ