XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



AVRO-2020: Ukrayna millisi 1/4 finalda
İdman 11:53 / 30.06.2021
AVRO-2020-də 1/8 final mərhələsinin son oyunu keçirilib. Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park"da keçirilən oyunda İsveç və Ukrayna milliləri üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Oyunda ilk qolu matçın 27-ci dəqiqəsində ukraynalı müdafiəçi Aleksandr Zinçenkonun vurub. Lakin ilk hissənin sonlarına yaxın skandinaviyalılar hesabı bərabərləşdirməyə müvəffəq olublar. 43-cü dəqiqədə isveçli yarımmüdafiəçi Emil Forsberq bərabərlik qolunu vurub. Qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Matçın 99-cu dəqiqəsində kobud oyuna görə baş hakim Markus Danielsona qırmızı vərəqə göstərib və İsveç millisi azlıqda qalıb. Say üstünlüyündən yararlanan ukraynalılar istəyinə 121-ci dəqiqədə çatıblar. Artyom Dobvik Ukrayna millisini 1/4 finala daşıyan qolun müəllifi olub. Beləliklə, 2:1 hesabı ilə qələbə qazanan Ukrayna komandası 1/4 finalda İngiltərə millisinə rəqib olub.
30498 oxunub

InvestAZ