XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Mbappe: Təəssüf ki, belə hallar çox sevdiyim futbolun bir hissəsidir
İdman 17:23 / 29.06.2021
"Məqsədimizə çata bilmədik. İndi həyata davam etmək çox çətindir”. Bu sözləri AVRO-2020-də mübarizəni dayandıran Fransa yığmasının üzvü Kilyan Mbappe öz İnstaqram hesabında yazıb.
Dünya çempionu AVRO-2020-nin seçmə mərhələsində İsveçrəyə məğlubiyyətin təsirindən hələ də ayılmadığını bildirib. "Penaltini vura bilmədiyim üçün çox məyusam. Komandaya kömək etmək istədim, amma bacarmadım. Fikrimdən yata bilmədim. Təəssüf ki, belə hallar çox sevdiyim futbolun bir hissəsidir. Azarkeşlərin üzüntüsünü bilirəm və buna görə onlardan üzr istəyirəm. Bizi dəstəklədiyiniz üçün təşəkkür edirəm. Qarşıdakı vaxtlarda daha yaxşı olmağa çalışacağıq. İsveçrəyə də uğurlar arzu edirəm”.
Qeyd edək ki, Fransa millisi AVRO-2020-nin 1/8 final mərhələsində İsveçrəyə penaltilər seriyasında 5:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

46942 oxunub

InvestAZ