XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



AVRO-2020: İspaniya millisi 1/4 finalda
İdman 23:52 / 28.06.2021
Bu gün AVRO-2020-də 1/8 final mərhələsinin daha bir oyunu keçirilib. Turnirin favoritlərindən İspaniya millisi son dünya çempionatının gümüş medalçısı Xorvatiya ilə üz-üzə gəlib. ​ Danimarkanın paytaxtı Kopenhagendəki "Parken" stadionunda keçirilən matçda qapılara 8 top vurulub. Türkiyəli FİFA referisi Cuneyt Çakırın idarə etdiyi qarşılaşmada "qırmızı furya” 5:3 hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib.

Oyunda hesabı "damalılar” açıblar. Matçın 20-ci dəqiqəsində ​ Pedrinin geriyə ötürdüyü topu qapıçı Unay Simon ayağının altından buraxıb. Buraxılan topdan sonra hücumlarının kəsərini artıran Luis Enrikenin yetirmələri 38-ci dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olub. Pablo Sarabiya adını tabloya yazdırıb. İlk hissədə başqa qol olmayıb. İkinci hissədə azarkeşlər daha 6 qola şahidlik ediblər. Əvvəlcə 57-ci dəqiqədə Sezar Asplikueta fərqlənərək prineyliləri hesabda önə çıxarıb. 77-ci dəqiqədə isə rəqib müdafiəçinin kobud səhvindən istifadə edən Ferran Torres komandasının üstünlüyünü 2 topa çatdırıb. Lakin ruhdan düşməyən Xorvatiya millisi əvvəlcə 85-ci dəqiqədə Mislav Orşiçin qolu ilə fərqi azaldıb. Matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə isə Mario Paşaliç hesabı bərabərləşdirib. Əsas vaxtda hesab bərabər olduğundan qalibi müəyyən etmək üçün əlavə vaxt oynanılıb. 100-cü dəqiqədə Alvaro Morata "matadorlar”ı yenidən hesabda önə keçirib. 3 dəqiqə sonra isə Mikel Oyarzabal matçın yekun nəticəsini müəyyənləşdirəcək qolu vurub. Beləliklə, 5:3 hesablı qələbə qazanan İspaniya millisi 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, İspaniya yığması Fransa - İsveçrə matçının qalibi ilə qarşılaşacaq.

36743 oxunub

InvestAZ