XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Millimiz hazırlıqlara start verdi​
İdman 19:23 / 28.06.2021
Qadın voleybolçulardan ibarət milli komandamız Avropa çempionatına hazırlaşır.​ Voleybolçularımız Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşqlərdə iştirak edir.​ 15 oyunçu yığmanın baş məşqçisi Vüqar Əliyevin rəhbərliyi altında toplanışa cəlb olunub. Eldar Yusubov, Famil Ağayev və Emin Əbilovun köməkçi-məşqçi olduqları komandanın hazırlığı avqustun 11-dək davam edəcək.

Qeyd edək ki, 18 avqust - 4 sentyabrda keçiriləcək Avropa çempionatının final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. A qrupunda mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmaları olacaq. 

42872 oxunub

InvestAZ