XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Açıq rayon birinciliyində 570 idmançı mübarizə aparıb
İdman 18:00 / 01.04.2019

Göygöl Olimpiya İdman Kompleksində 31 mart - azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş taekvondo üzrə açıq rayon birinciliyi keçirilib. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Taekvondo Federasiyasının və Göygöl Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunan yarışda ölkəmizlə yanaşı, İrandan və Gürcüstandan 35 komandanın heyətində 570 idmançı mübarizə aparıb.
Yarışda 2008-2009-cu, 2010-2011-ci il təvəllüdlü uşaqlar, 2005-2007-cı il təvəllüdlü yeniyetmələr və 2002-2004-cü il təvəllüdlü gənc oğlan və qız idmançılar güclərini sınayıblar. "DAEDO international” taekvondo sistemi ilə keçirilmiş turnirin təşkilində məqsəd 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün mahiyyətini yetişməkdə olan nəslə aşılamaq, taekvondo idman növünün təbliği və inkişaf etdirilməsi, eləcə də idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılmasıdır.
Qaliblər rayon gənclər və idman idarəsinin diplom, kubok və medalları ilə təltif olunub.
Komanda hesabında birinci yeri Sumqayıt, ikinci yeri Ağcabədi, üçüncü yeri isə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin klubları tutub.

33811 oxunub

InvestAZ