XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



7 boksçumuz “Böyük İpək Yolu” turnirinin finalına yüksəlib
İdman 17:47 / 01.04.2019

Boks üzrə "Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsinin görüşləri başa çatıb.
Bakı Boks Mərkəzində təşkil olunan ənənəvi yarışın beşinci günündə finalçılar müəyyənləşib.
Azərbaycan millisinin yarımfinalda mübarizə aparan 15 boksçusundan 7-si həlledici görüşdə iştirak hüququ qazanıb. Belə ki, Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Ruslan Rüstəmov (60 kq), Kamran Şahsuvarlı, Amin Kuşkov (75 kq), Rauf Rəhimov, Alfonso Dominqes (81 kq) turnirin final mərhələsində döyüşmək hüququ qazanıblar. Elvin Məmişzadə (52 kq), Qoşqar Səfərli (56 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (hər ikisi 60 kq), Fərid Ağamoğlanov (64 kq), Cəbrayıl Yelekov (81 kq), İsmayıl Yaqubov (91 kq), Sadiq Səmədov (+91 kq) isə bürünc medalla kifayətləniblər.Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan komandaları da iştirak edirlər.

33801 oxunub

InvestAZ