XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



PSJ daha bir futbolçunun transferində razılığa gəldi
İdman 15:53 / 27.06.2021
Fransanın PSJ klubu İtaliyanın "İnter” komandasında forma geyinən müdafiəçisi Əşrəf Hakiminin transferini başa çatdırmağa yaxındır. Mərakeşli müdafiəçi ​ parislilərlə müqavilənin şərtlərini razılaşdırıb. 23 yaşlı futbolçu PSJ-də illik maaşı 8 milyon avro maaş alacaq. Əşrəf Hakimi həmçinin 2 milyon avroluq bonus da qazanacaq. PSJ ilə 5 illik müqavilə imzalaması gözlənilən Hakiminin keçidi 70 milyon avroya başa gələcəyi bildirilir. Yaxın günlərdə futbolçunun transferi rəsmiləşəcək.
Qeyd edək ki, Əşrəf Hakimi "İnter”lə çempion olduğu ötən mövsümdə A seriyasında 37 oyunda 7 qol vurub, 8 məhsuldar ötürmə verib.

40031 oxunub

InvestAZ