XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Pərviz Abdullayev qələbə qazanaraq zəfərini Vətən müharibəsinin şəhidlərinə həsr etdi
İdman 10:02 / 27.06.2021
"Qəbələ” idman klubunun kikboksçusu Pərviz Abdullayev (77 kq) növbəti döyüşünü keçirib. İdmançımız iyunun 26-da İstanbulda təşkil olunan "Akın döyüş arenası” çərçivəsində qüvvəsini sınayıb. "Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə keçirilən döyüşdə Braziliya idmançısı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gələn "kobra” ləqəbli idmançımız döyüşü qələbə ilə başa vurub. İdmançımız qələbədən sonra çıxışında zəfərini Vətən müharibəsinin şəhidlərinə həsr etdiyini bildirib.

Qeyd edək ki, bu, kikboksçumuzun peşəkarlar arasında 56-cı döyüşü olub. O, bunadək keçirdiyi 55 qarşılaşmanın 49-da (26-sı nokautla) qələbə qazanıb.


36766 oxunub

InvestAZ