XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Olimpiya çempionumuz İstanbulda heç bir rəqibinə xal vermədən çempion oldu
İdman 23:31 / 26.06.2021
Sərbəst güləşçimiz Şərif Şərifov Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğu turnirində iştirak edib. Olimpiada ərəfəsində xalça üzərinə çıxan idmançımız İstanbulda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 97 kq çəki dərəcəsində yer alan 33 yaşlı pəhləvanımız mübarizəyə 1/4 finaldan başlayıb. Olimpiya, dünya və Avropa çempionu ilk görüşdə tunisli Səid Məhəmmədə tam üstünlüklə qalib gəlib – 10:0. Titullu güləşçi yarımfinalda Givi Matçaraşvili ilə qarşılaşıb. Şərif Şərifov yanvarda Fransanın Nitsa şəhərindəki Qran-pridə məğlub olduğu Gürcüstan təmsilçisindən revanş alıb – 3:0.
Beləliklə, Ş.Şərifov adını finala yazdırıb. Millimizin üzvü bu gün həlledici qarşılaşmada türkiyəli Mustafa Səssizlə qarşılaşıb. Rəqibini 4:0 hesabıyla məğlub edən təcrübəli pəhləvanımız Yaşar Doğu turnirinin qızıl medalını qazanıb. Qeyd edək ki, güləşçimiz keçiridiyi görüşlərin heç birində rəqibinə xal verməyib. ​

31898 oxunub

InvestAZ