XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Raquf Orucov Kuboku” uğrunda III beynəlxalq turnir
İdman 16:00 / 01.04.2019

Aprelin 16-17-də Bakı İdman Sarayında Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərimizin xatirəsinə həsr edilən III beynəlxalq "Raquf Orucov Kuboku” uğrunda cüdo turniri keçiriləcək. Ənənəvi turnir "Judo Club 2012” idman klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunacaq.
Turnirdə 21 yaşadək cüdoçulardan ibarət komandalar iştirak edəcək. Yarışlarda Bakını və bölgələri təmsil edən komandalarla yanaşı, qonşu ölkələrdən dəvət olunan bir neçə klubun da iştirakı planlaşdırılır.
Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən ənənəvi turnirin məqsədi vətənpərvərlik hissinin və döyüş ruhunun gənclərə aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılması, idmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin möhkəmləndirilməsidir.


35138 oxunub

InvestAZ