XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Valentin Xristovun cəza müddəti uzadıldı
İdman 20:38 / 24.06.2021
Azərbaycan ağırlıqqaldıranı Valentin Xristovun cəzası ağırlaşdırılıb. Antidopinq qaydalarını pozduğu üçün 2015-ci ildə bütün yarışlardan 8 il müddətinə kənarlaşdırılmış 27 yaşlı idmançının diskvalifikasiya dövrü daha 2 il artırılıb. Bu, 2012-ci il London Yay Olimpiya Oyunları zamanı götürülmüş dopinq-testlərin təkrar analizləri nəticəsində müəyyənləşib.

2023-cü il dekabrın 15-dən qüvvəyə minəcək yeni cəzanın müddəti 2025-ci ilin 14 dekabrında başa çatacaq.

Qeyd edək ki, Valentin Xristov 2012 və 2015-ci illərdə Avropa çempionu, 2011-ci ildə dünya çempionatının, 2012-ci ildə isə London Olimpiadasının bürünc mükafatçısı olub. O, 2013-cü ildə orqanizmindən dehidrometiltestosteron tapıldığı üçün 2 il, 2015-ci ildə orqanizmindən nandrolon aşkarlandığı üçün 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Xristovun Londonda qazandığı medal, bu səbəbdən, idmançıdan alınıb.


29157 oxunub

InvestAZ