XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Şəhriyar Məmmədyarov Harri Kasparova qarşı
İdman 12:29 / 25.06.2021
"Grand Chess Tour" şahmat seriyasının üçüncü mərhələsinin iştirakçıları məlum olub. İyulun 7-dən 11-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək "Croatia Grand Chess Tour" adlı rapid turnirində, ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcək. Xatıraldaq ki, Şəhriyar seriyanın birinci yarışı olmuş "Superbet Chess Classic Romania"ın qalibi olub. Artıq Xorvatiyada üz-üzə gələcək şahmatçıların adları da məlumdur. Beləliklə, Zaqrebdə Ş.Məmmədyarovdan başqa, fransız Maksim Vaşye-Laqraf, Niderland təmsilçiləri Aniş Qiri və Yorden Van Forrest, rusiyalılar Yan Nepomnyaşiy və Aleksandr Qrişyuk, ukraynalı Anton Korobov, polyak Yan-Kşıştof Duda, meydan sahibi, xorvatiyalı İvan Sariç və xüsusi qonaq qismində turnirə dəvət olunan iki eks-dünya çempionu, hindistanlı Vişvanatan Anand və Rusiyanı təmsil edən əslən bakılı Hari Kasparovdur. Qeyd edək ki, turnir çərçivəsində baş tutacaq Məmmədyarov-Kasparov qarşılaşması hər iki şahmatçı üçün karyeralarında bir birilərinə qarşı oynadığı ilk oyun olacaq. Qrossmeysterimiz​ Şəhriyar Məmmədyarov indiyədək heç bir rəsmi oyunda Hari Kasparovla qarşılaşmayıb.

29691 oxunub

InvestAZ