XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Üçqat Avropa çempionları 1/8 finala yüksəldilər
İdman 23:50 / 23.06.2021

AVRO-2020-də E qrupunda sonuncu turun oyunları keçirilib. III turda İspaniya Slovakiya ilə üz-üzə gəlib. Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda keçirilmiş qarşılaşma "qırmızı furya”nın qələbəsi ilə başa çatıb. İki avtaqolun qeydə alındığı matçda hesab 30-cu dəqiqədə açılıb. Slovakiyalı qapıçı Martin Dubravka avtoqol müəllifi olub. 45+3-cü dəqiqədə Emerik Laport, 56-cı dəqiqədə Pablo Sarabiya, 67-ci dəqiqədə isə​ Ferran Torres rəqibi məyus edib. 71-ci dəqiqədə isə Yuraj Kuçka topu öz qapısına vurub.

"Matadorlar” son turda qazanılan böyükhesablı qələbə ilə xallarının sayını 5-ə çatdıraraq qrup ikincisi kimi 1/8 final mərhələsinə vəsiqə qazanıb. Luis Enrikenin baş məşqçi olduğu kollektiv 1/8 finalda Xorvatiya ilə üz-üzə gələcək.


29577 oxunub

InvestAZ