XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Pəhləvanlarımız Tokio-2020-yə hazırlaşırlar​
İdman 18:41 / 23.06.2021
Azərbaycan güləşçiləri Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıqlarını davam etdirir. Varşavadakı "Poland Open” turnirindən sonra pəhləvanlarımız növbəti toplanışa Göygöl Olimpiya Kompleksində başlayıblar. Dağlıq şəraitdə keçirilən təlim-məşq toplanışı əsasən fiziki hazırlıq üzərində qurulub.

Toplanış iyulun əvvəllərinədək davam edəcək. Olimpiada üçün sonuncu təlim-məşq prosesi taktiki-texniki çalışmalardan ibarət olacaq və Bakıda keçiriləcək.

Qeyd edək ki, Tokio olimpiadasına sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq), yunan-Roma güləşçilərindən İslam Abbasov (87 kq) və Rafiq Hüseynov (77 kq), qadın güləşçilərdən isə Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) lisenziya əldə edib.

28756 oxunub

InvestAZ