XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Məhkəmə rusiyalı futbolçunu cərimələdi
İdman 16:50 / 23.06.2021
Moskvanın Saveliv məhkəməsi sürücü Vitali Solovçukun döyülməsinə görə ünvanladığı müraciətinə əsasən futbolçular Aleksandr Kokorin və Pavel Mamayev də daxil olmaqla 200 min rubl kompensasiya ödəmək qərarı çıxarıb. "Məhkəmə mənəvi ziyan vurulması səbəbi ilə hər bir təqsirləndirilən şəxsdən zərərçəkənin xeyrinə 50 min rubl təyin edib. Bundan əlavə 400 rubl itirilmiş qazanc, 360 rubl isə burun zədəsini müalicə etmək üçün dərman vasitələrinə nəzərdə tutulub”, - deyə saxlanılan şəxslərin birinin vəkili Vyaceslav Barika qeyd edib. 
Xatırladq ki, 2018-ci ildə V.Solovçukun, A.Kokorin və P.Mamayevin də yer aldığı bir neçə şəxs ilə münaqişəsi yaranıb. Nəticədə, sürücü həmin qrup şəxslər tərəfindən döyülüb. Futbolçularla həmin gün Aleksandrın qardaşı Kiril və onun dostu Aleksandr Protasoviski istirahət edirdi. Hadisədən sonra idmançılar nəzarət altına alınıb və bir müddət həbsxanada qalmalı olublar. 

33122 oxunub

InvestAZ