XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Qrup komandamız Qran-pri yarışlarının gümüş medalına layiq görülüb
İdman 11:56 / 01.04.2019

Tiyedə (Fransa) bədii gimnastika üzrə ənənəvi Qran-pri yarışlarının final mərhələləri baş tutub.
Artıq bir neçə gündür davam edən mübarizənin sonunda Azərbaycanın qrup hərəkətləri komandası gümüş medal qazanmağa müvəffəq olub. Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Əhmədbəyli və Zeynəb Hümmətovanın "Çəhrayı Pantera” musiqisinin sədaları altında 3 halqa və 2 cüt gürzlə icra etdikləri kompozisiya 23.950 xalla dəyərləndirilib. Bununla da qızlarımız fəxri kürsünün 2-ci pilləsinə qədər yüksəliblər. Turnirin qızıl medalını Ukrayna komandası qazanıb. Yarışın bürünc medalını isə Rusiya kollektivi alıb.
Qeyd edək ki, qrup komandamız çoxnövçülükdə 13 komanda arasında 5-ci yerdə qərarlaşıb.
Yarışda fərdi çıxışları ilə ölkəmizi təmsil edən Zöhrə Ağamirova isə 4 alət üzrə çıxışlarının ümumi nəticələrinə əsasən sıralamada 15-ci olub.


35073 oxunub

InvestAZ