XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Boksçumuz Avropa çempionatının bürünc medalına sahib çıxdı
İdman 10:56 / 23.06.2021

İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilib. 41 ölkənin qatıldığı yarışın altıncı günündə Azərbaycan millisinin 1 idmançısı final uğrunda mübarizə aparıb.

Ardıcıl olaraq Uça Jorjolianiyə (Gürcüstan), Maqomed Şamsayevə (Rusiya) və David Gevorqyana (Almaniya) qalib gələn Ruslan Rüstəmov 1/2 finalda israilli Ahmad Ştivi ilə üz-üzə gəlib. 64 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı boksçu uduzaraq, finala rəqib yüksəlib. NəticədəR.Rüstəmov Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, yarışda final görüşləri iyunun 24-də olacaq. 320 min mükafat fondu olan çempionatın qalibi 8 000 ABŞ dolları, gümüş medalçı 4 000 dollar, 3-cü yerin sahiblərinin hərəsi 2 000 dollar qazanacaq.


34399 oxunub

InvestAZ