XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



AVRO-2020: İngiltərə millisi 3 oyuna 2 qol vuraraq 1/8 finala çıxdı
İdman 09:56 / 23.06.2021
AVRO-2020-də daha bir qrupda III turun oyunları keçirilib.​ D qrupunun son turunda İngiltərə millisi Çexiya seçməsi ilə üz-üzə gəlib. Londonun "Uembli” stadionunda keçirilən görüş ingiltərəlilərin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Portuqaliyalı referi Artur Diaşın idarə etdiyi qarşılaşmada yeganə qolu 12-ci dəqiqədə Rahim Sterlinq vurub. Matçın 87-ci dəqiqədə İngiltərə millisi yenidən fərqlənsə də, baş hakim ofsayd qeydə alıb.

Bu nəticələrdən sonra İngiltərə 7 xalla qrup lideri kimi 1/8 finala adlayıb. İngiltərə yığması pley-offa 3 oyuna cəmi 2 qol vurmaqla adlayıblar. Müqayisə üçün qeyd edək ki, digər qruplarda yer alan və qrupda dördüncü yeri tutan Ş.Makedoniya və Rusiya milliləri də 2 qol vurublar. Xorvatiyadan yalnız top fərqində geri qalan Çexiya 4 xalla 3-cü yeri tutaraq, öz qruplarını eyni pillədə başa vurmuş Ukrayna və Finlandiyadan daha çox xal toplaması səbəbindən mərhələ adlayıb.

31925 oxunub

InvestAZ