XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



NBA liqasında yeni ulduz parlayacaq
İdman 16:00 / 22.06.2021
NBA-nın əfsanəsi Medcik Conson "Bruklin Nets”in oyunçusu Kevin Düartın "Los Anceles Leykers” klubunun lideri Lebron Ceymsin liqanın ən yaxşı basketbolçusu adını əlindən alacağını hesab edir.
"Kevin Dürant Şərq konfransının yarımfinalındakı çıxışında Kobi Brayant və Maykl Cordanın səviyyəsində performans nümayiş etdirib. Bu, mənə Maykl Cordanın "Boston Seltiks” lə oyunda "Çikaqo Bulls”a uduzanda 60 xal toplamasını xatırlatdı. Bu, ona çox oxşayır. Tezliklə bu liqa Maykl Cordana məxsus olacaq”,- dedi.
Bəxtimiz gətirib ki, biz belə məqamları müşahidə edə bilərik. Zədədən sonra kim geri qayıdaraq Kevin Dürant kimi oynaya bilər? Lebron Ceyms daha bir il NBA-da əsas olacaq və sonra liqa K.Dürantın olacaq”, - deyə M.Conson qeyd edib.

45791 oxunub

InvestAZ