XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Rusiya Dövlət Dumasının üzvü: “Rusiya millisini təhqir etməyə ehtiyac yoxdur”
İdman 15:05 / 22.06.2021
Rusiya Federasiyasının Dövlət Dumasının bədən tərbiyəsi, idman, turizm və Gənclərin İşləri üzrə komitəsinin üzvü Dmitri Svişev Avro-2020-nin yekun turunda Rusiya yığmasının Danimarka millisinə 1:4 hesablı məğlubiyyəti barədə danışıb.

"İndi hamımız əsəblərimizi soyutmalıyıq. Oyunçularımızı və məşqçilərimizi istənilən qədər təhqir etmək olar, amma bunun heç bir faydası olmayacaq. Başa düşün ki, futbolçular millidə çıxış etməkdən qorxurlar. Onlar anlayırlar ki, istənilən səhv karyerası bahasına başa gələ bilər. Bəli, biz xəcalət çəkdik. Amma bu, oyunçuları və məşq qərargahını təhqir etməyə əsas vermir. Biz hamımız düşünməliyik ki, komandamız necədir, bizim səviyyəmiz nədir və harada oynamalıyıq. Anlayırıq ki, bu, çox təsiredicidir. Lakin Rusiya millisini təhqir etməyə ehtiyac yoxdur”, - deyə D.Svişev bildirib.

40445 oxunub

InvestAZ