Olimpiya Oyunlarında azarkeşlərə spirtli içki təklif oluna bilər
İdman 14:56 / 22.06.2021
Tokio-2020-nin təşkilatçıları yarış zamanı idman obyektlərində spirtli içkilərin satışına icazə verə bilərlər.
"Hazırda stadionlarda spirtli içkinin satışına icazə verilməsi məsələsi araşdırılır. Qərar lazımi şəkildə qəbul ediləcək”, - deyə Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato bildirib.
Qərar cari həftənin sonuna qədər qəbul edilə bilər. Bu təşəbbüsü turnirin sponsoru olan spirtli içkilərin istehsalçıları fəal şəkildə dəstəkləyirlər.
Qeyd edək ki, 2021-ci ilin mart ayında Olimpiadanın təşkilatçıları yarışların xarici azarkeşlər olmadan keçirmək qərarına gəliblər.
31398 oxunub