XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



AVRO-2020: Skandinaviyalılar qələbə sayəsində qrupdan çıxdı
İdman 11:31 / 22.06.2021
AVRO-2020-də B qrupunda III turun oynlarına yekun vurulub. Qrupun maraqla gözlənilən oyunlarından biri Rusiya və Danimarka milliləri arasında baş tutub. Kopenhagendəki "Parken" stadionunda keçirilən oyun skandinaviyalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda ilk qolu 38-ci dəqiqədə meydan sahiblərinin heyətində Mikkel Damsqor vurub. 59-cu dəqiqədə Yussuf Poulsen 2-ci topu rəqibin qapısından keçirib. 70-ci dəqiqədə Rusiya millisi Artyom Dzyubanın penaltidən vurduğu qolla fərqi minimuma endirib. Lakin cəmi 9 dəqiqə sonra Andreas Kristensen rusiyalıları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Qarşılaşmada son nöqtəni isə 82-ci dəqiqədə Yoakim Mehle qoyub.
Beləliklə, Avropa çempionatının B qrupundan növbəti mərhələyə Belçika və Danimarka seçmələri çıxıb. Üç xalı olan Finlandiya millisi isə ən yaxşı üçüncü yeri tutan komandalardan olmaq üçün digər matçların nəticələrini gözləməlidir. Aktivində 3 xalı olan Rusiya seçməsi isə qrupda qalıb.

36484 oxunub

InvestAZ