XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Dünya cüdoçuları Parisə toplaşır
İdman 11:36 / 05.02.2019



Fevralın 9-da Parisdə "Böyük dəbilqə 2019” turniri start götürəcək. 100 ölkədən 625 cüdoçunun (369 kişi, 256 qadın) mübarizə aparacağı turnirdə Azərbaycanı kişilərin yarışında 13, qadınlarda isə 6 tatami ustası təmsil edəcək.
Yarışda kişi cüdoçulardan Rəşad Yelkiyev, Tofiq Məmmədov (60 kq), Orxan Səfərov və Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov, Rüfət Məmmədov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (90 kq), Elmar Qasımov, Zelim Kotsiyev (100 kq), Şahin Qəhrəmanov, Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar. Qadın idmançılardan isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Buyankşiq Purevsuren (52 kq), İçinkorlo Munxtsedev (57 kq) və İrina Kindzerska (+78 kq) qüvvələrini sınayacaqlar.



31507 oxunub

InvestAZ