XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



AVRO-2020: Portuqaliya millisi “alman maşını” qarşısında tab gətirə bilmədi
İdman 23:40 / 19.06.2021
Bu gün AVRO-2020 çərçivəsində F qrupunda ikinci tura yekun vurulub. Qrupun ikinci oyununda Portuqaliya millisi Münhendəki "Fusbal Arena”da Almaniya ilə qarşılaşıb. Maraqla gözlənilən oyun bundestim təmsilçisinin qələbəsi ilə başa çatıb -4:2. Matçda hesabı Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo açıb.

Birinci hissənin sonlarında Almaniya yığması 35-ci və 39-cu dəqiqədə vurulan qollar hesabına hesabda önə keçib -1:2. Hər iki qolu portuqaliyalıların futbolçuları öz qapılarına göndərib. Müvafiq olaraq, Ruben Dias və Rafael Gerreyro avtoqola imza atıb.

Qarşılaşmanın ikinci hissəsinə daha üstün başlayan "alman maşını” daha iki dəfə rəqib qapısına yol tapıb. Əvvəlcə matçın 51-ci dəqiqəsində Kay Havetz fərqlənib. 60-cı dəqiqədə isə Robin Qossens komandasının dödüncü qolunu vurub. Portuqallar 67-ci dəqiqədə Dieqo Jota ilə hesab arasındakı fərqi azaltsalar da, bundan artığına gücləri çatmayıb.

31298 oxunub

InvestAZ