XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Yeniyetmə cüdoçularımıza kimanolar təqdim olundu
İdman 20:45 / 19.06.2021
Azərbaycan Cüdo Federasiyasının (ACF) qarşısında duran prioritet məsələlərdən biri də regionlarda, müxtəlif idman cəmiyyətlərində, klublarda bu növün kütləviliyi və inkişaf etdirilməsidir. Federasiyanın dəstəyi ilə bir neçə bölgədə cüdo zalları yaradılıb, standartlara cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar. Artıq respublikamızın bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perspektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.
Azərbaycan Cüdo Federasiyası tərəfindən bu dəfə "Xocalı İdman Klubu"nun yeniyetmə cüdoçularına kimanolar təqdim olunub və onlara gələcək yarışlarda uğurlar arzulanıb. "Xocalı İdman Klubu"nun direktoru Ehram Məcidov, baş məşqçi Vüsal Tanrıverdiyev, mütəxəssislər göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.

36332 oxunub

InvestAZ