XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Final qarşılaşması Londonda olmayacaq?
İdman 16:09 / 19.06.2021
UEFA AVRO-2020-nin final matçının yerini dəyişməyə qərar verib. Belə ki, Avropa çempionatının finalı Londonun "Uembli” stadionundan alınıb, başqa şəhərə verilə bilər. Namizəd şəhər kimi əsas variant Budapeşt göstərilir. Səbəb isə Britaniya paytaxtında pandemiya ilə bağlı yeni yoluxmaların olması göstərilir. İngiltərə hökuməti bu səbəbdən ciddi karantin tədbirləri görməyə hazırlaşır. Belə olduğu təqdirdə həm futbolçular, həm azarkeşlər, eləcə də rəsmilər üçün çətinlik yarana bilər. UEFA Macarıstan hökumətilə də danışıqlara başlayıb. Qeyd edək ki, UEFA Budapeşt variantında maraqlıdır. Çunki bu ölkədki stadiona azarkeşlərin 100 faizi buraxılır. Xatırladaq ki, qitə çempionatının finalı iyulun 11-də keçiriləcək.

29841 oxunub

InvestAZ