XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Türkiyə millisi ciddi itki ilə üzləşdi
İdman 11:35 / 19.06.2021
Futbol üzrə Türkiyə milli komandası Avropa çempionatının qrup mərhələsi çərçivəsində qarşılaşacağı İsveçrə ilə oyundan əvvəl itki ilə üzləşib.
"Ay-ulduzlular”ın müdafiəçisi Umut Meraş zədələnib. Qardaş ölkə millisi bu gün "Bakcell Arena”da növbəti məşqinə çıxıb. Uelslə oyunda (0:2) sıradan çıxan Umut Meraş, bu məşqdə iştirak etməyib. O, Bakıda baş tutan həmin matçın 72-ci dəqiqəsində sıradan çıxmış və Mert Müldür ilə əvəzlənmişdi.
Türkiyə mətbuatının yazdığına görə, İsveçrə ilə oyunda müdafiənin sol cinahında ilk dəqiqələrdən məhz Mert Müldür mübarizə aparacaq.
İsveçrə – Türkiyə oyunu iyunun 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu matça saat 20:00-da start veriləcək.

33161 oxunub

InvestAZ