XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Azər Həsənov Beynəlxalq federasiyanın prezidenti seçildi
İdman 15:40 / 18.06.2021
Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib.
Litvanın paytaxtı Vilnüs şəhərində yerləşən qərargahında keçirilən seçkidə A.Həsənov bu postda təşkilatın sabiq rəhbəri, iki ay öncə vəfat etmiş Sergey Novikovu əvəzləyib.
O, yeni vəzifəsi ilə bağlı Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinə açıqlamasında tarixi uğurun məhz Azərbaycan xalqı üçün əlamətdar tarixlərə - Milli Qurtuluş Gününə və eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qədim Şuşada türk müttəfiqliyini rəsmiləşdirdikləri günə təsadüf etməsindən qürur duyduğunu bildirib.
Qeyd edək ki, Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti vəzifəsinə 5 il müdddətinə seçilib. Beynəlxalq federasiyanın digər rəhbər orqanlarına seçkilər gələn ay keçiriləcək.


39007 oxunub

InvestAZ