İdman 12:37 / 08.02.2019
Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (IAAF) 2023-cü ildə atletika üzrə dünya çempionatından başlayaraq idman yerişi üzrə əsas yarışlarda məsafələrin azaldılmasını planlaşdırır. Qurumun təklifinə əsasən məsafələrin 50 və 30 kilometrdən müvafiq olaraq, 20 və 10 kilometrədək azaldılması nəzərdə tutulur.Bundan əlavə, IAAF Tokio Olimpiadasında idman yerişi yarışlarının sayının nizamlanmasını və hakimlərin işini asanlaşdırmaq üçün idmançıların əlaqələndirilməsi məqsədilə elektron çiplərin tətbiqini tövsiyə edib. Elektron çiplər 2021-ci ilə qədər tətbiq olunacaq.