XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



UEFA AVRO-2020 iştirakçılarına qadağa qoydu
İdman 11:07 / 18.06.2021
UEFA rəhbərliyi AVRO-2020-də çıxış edən ölkələrin Futbol Federasiyaları və Assosiasiyaları rəhbərlərinə, milli komandaların oyunçularının mətbuat konfransı zamanı içki və su butulkalarına toxunmamaları barədə xəbərdarlıq edib.
UEFA ötən Avropa 2016-da sadəcə, 10 əsas sponsordan ümumilikdə 483 milyon avro gəlir əldə etmişdi. Bu dəfə isə 12 əsas sponsor var. Bu məbləğin daha da yüksək olacağı gözlənilir.
Qeyd edək ki, AVRO-2020 çərçivəsində əvvəlcə, portuqaliyalı superulduz Kriştianu Ronaldo, sonra isə Fransa yığmasının üzvü Pol Poqba mətbuat konfransında su butulkalarına toxunaraq diqqət mərkəzinə düşmşdülər. Kriştianu Ronaldo mətbuat konfransında masanın üzərindən "Coca cola” şüşəsini, Pol Poqba isə pivəni götürüb kənara qoymuşdu. Müsəlman olan Poqba bunu dində spirtli içkinin haram olmasına görə etdiyini bildirmişdi.

35672 oxunub

InvestAZ