XƏBƏR LENTİ
19 Sentyabr 2021
17 Sentyabr 2021
16 Sentyabr 2021
15 Sentyabr 2021
14 Sentyabr 2021
13 Sentyabr 2021
11 Sentyabr 2021
10 Sentyabr 2021



Olimpiya Oyunlarına 30 idmançımız lisenziya qazanıb
Olimpiya oyunları 17:29 / 17.06.2021
Gənclər və İdman Nazirliyi Tokioda keçiriləcək XXXII Yay Olimpiya və XVI Yay Paralimpiya oyunlarına lisenziya qazanmış Azərbaycan idmançılarının yenilənmiş siyahısını açıqlayıb. İndiyədək Tokio-2020 Yay Olimpiya Oyunlarına 30, Paralimpiya Oyunlarına isə 18 lisenziya qazanıblar.

Olimpiya Oyunlarına ən çox lisenziyanı güləşçilərimiz əldə ediblər. Pəhləvanlarımızdan 7 nəfər – Mariya Stadnik (50 kq), Elis Manolova (68 kq), sərbəst güləşçilərimizdən Hacı Əliyev (65), Hacımurad Hacıyev (74 kq), Şərif Şərifov (97 kq), yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və İslam Abbasov (87 kq) "Tokio-2020”yə lisenziya qazanıblar.

Gimnastlarımız Olimpiya Oyunlarına 4 lisenziya əldə ediblər. Bədii gimnastlarımızdan Zöhrə Ağamirova (çoxnövçülük), Azərbaycanın qrup hərəkətləri komandası (qrup-çoxnövçülük), Marina Nekrasova və İqor Tixonov (idman gimnastikası, çoxnövçülük) bu lisenziyaları komandamızın aktivinə yazıblar.

Boksçularımızdan Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Domingez (81 kq), Məhəmməd Abdullayev (+91 kq) olimpiadada iştirak edəcəklər.

Olimpiadaya digər lisenziyaları karateçilər Rafael Ağayev (75 kq), İrina Zaretska (+61 kq), Firdovsi Fərzəliyev (67 kq), atletlər Anna Skidan (çəkicatma) və Nazim Babayev (üçtəkanla tullanma), üzgüçü Maksim Şemberev (400 m, qarışıq), taekvondoçular Milad Beigi Hərçəqani (80 kq) və Fəridə Əzizova (80 kq), güllə atıcılığı üzrə Ruslan Lunyov (25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma), badmintonçu Edi Reski Dviçayo, qılıncoynadanlardan Anna Başta (sablya), ağırlıqqaldırma üzrə Əliş Nəzərov, triatlon üzrə Rostislav Pevtsov və şose velosipedi üzrə Azərbaycan komandası qazanıb.

XV Yay Paralimpiya Oyunlarına isə ən çox lisenziyanı atletika üzrə idmançılarımız qazanıblar. Belə ki, Oloxan Musayev (lövhəatma), Samir Nəbiyev, Elvin Astanov (nüvəitələmə), Kamil Əliyev, Səid Nəcəfzadə (uzunluğa tullanma), Elmir Cəbrayılov, Yelena Çebanu (qacış), Həmid Heydərli (nizəatma) lisenziyaya sahib olublar.

Parataekvondoçularımızdan Röyalə Fətəliyeva (49 kq), Aynur Məmmədova (58 kq), İmaməddin Xəlilov (61) və Əbülfəz Abuzərli (75 kq) Paralimpiadanın taekvondo yarışlarında mübarizə aparacaqlar.

Digər atletlərimizdən isə Paralimpiadaya lisenziyaya üzgüçülərdən Raman Salei (100 m arxasıüstə), Dana Sandıbina və Vəli İsrafilov, atıcılarımızdan Yelena Taranova (25 m), Kamran Zeynalov (50 m) və pauerliftinqçi Elşən Hüseynov (+107 kq) sahib olublar.

3842 oxunub

InvestAZ