XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Güləşçimiz qitə çempionatının yarımfinalında
İdman 17:07 / 17.06.2021
Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir. Çempionatın dördüncü günündə çəkisi 40 kq, 46 kq, 53 kq, 61 kq və 69 kq olan qızlar mübarizəyə başlayıblar. Azərbaycan güləşçiləri də xalça üzərinə çıxıblar. Mübarizəyə dörddəbir final mərhələsindən başlayan güləşçimiz Zemfira Həşimova (46 kq) fransalı rəqibi Julyet Leskura qalib gələrək adını yarımfinala yazdırıb. İdmançımız yarımfinalda Belarus təmsilçisi Svetlana Katenka ilə üz-üzə gələcək.

Çempionatda 53 kq çəki dərəcəsində mübarizə aparan digər xanım idmançımız Əsmər Canqurtaran qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz təsnifat mərhələsində cəmi 32 saniyəyə rumıniyalı Krişta Kafayı üstələyib. Ancaq növbəti mərhələdə polşalı güləşçisi Nikola Drozdek məğlub olub.

Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatında 3 gümüş və 1 bürünc medala layiq görülüb.


28871 oxunub

InvestAZ