XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



AVRO-2020: Çexiya meydan sahiblərini məyus etdi
İdman 22:17 / 14.06.2021
Bu gün AVRO-2020-nin D qrupunda ilk turun ikinci oyunu keçirilib. Turnirin ev sahiblərindən olan Şotlandiya millisi Qlazqo şəhərindəki "Hempden Park” stadionunda Çexiya komandası ilə qarşılaşıb. Oyun Çexiya millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hər iki qolun müəllifi Patrik Şik vurub. O, matçın 42-ci və 52-ci dəqiqələrində şotlandiyalıların qapısına yol tapıb.
Qeyd edək ki, D qrupunun digər görüşündə İngiltərə millisi Xorvatiya yığmasını minimal hesabla məğlub edib - 1:0.
İlk turdan sonra Çexiya və İngiltərə milliləri 3 xalla qrupda şərikli liderlik edirlər. Aktivində xal olmayan Xorvatiya və Şotlandiya yığmaları isə 3-4-cü yerləri bölüşürlər.

27482 oxunub

InvestAZ