XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



AFFA Tükiyənin məşhur geyim brendi ilə müqavilə imzaladı
İdman 17:04 / 15.06.2021
İyunun 15-də AFFA ilə Türkiyənin məşhur kişi geyim brendi "Kiğılı" arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.
İmzalanma mərasimində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, "Kiğılı" şirkətinin baş icraçı direktoru Hilal Suerdem, Azərbaycan milli komandasının üzvləri Araz Abdullayev və Sərtan Taşkın iştirak ediblər.
Mərasimə videozənglə qoşulan "Kiğılı" şirkətinin təsisçisi və sahibi Abdullah Kiğılı iştirakçıları salamlayıb, qeyd edilən müqavilənin imzalanmasından məmnunluğunu ifadə edib və Azərbaycan milli komandasına uğurlar arzulayıb.
2022-ci ilin sonunadək imzalanmış müqaviləyə əsasən, Azərbaycan milli komandasının üzvləri "Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaqlar.

28443 oxunub

InvestAZ