XƏBƏR LENTİ
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



İdman gimnastlarımız Xorvatiyada yarışıblar
İdman 14:17 / 14.06.2021
İdman gimnastlarımız İvan Tixonov, Nikita Simonov, Samirə Qəhrəmanova və Milana Minakovskaya Xorvatiyanın Osiyek şəhərində keçirilən dünya kuboku yarışlarında iştirak ediblər. Təmsilçilərimizdən İ.Tixonov halqalar, dayaqlı tullanma və paralel qollar üzrə final mərhələlərinə vəsiqə qazanıb. Dayaqlı tullanma alətində təmsilçimizi fəxri kürsüdən bir addım ayırıb. 14.416 xalla o, 4-cü pillədə yer alıb. Digər iki final mərhələsində isə İ.Tixonov 7-ci yeri tutub. Komandamızın digər üzvlərindən Nikita Simonov isə halqalar üzrə finalda 6-cı olub.

S.Qəhrəmanova ən yaxşı nəticəsini dayaqlı tullanma (9-cu yer), M.Minakovskaya isə müxtəlif hündürlüklü qollarda (12-ci yer) nümayiş etdirib.

29946 oxunub

InvestAZ