XƏBƏR LENTİ
30 İyul 2021
29 İyul 2021
28 İyul 2021
27 İyul 2021
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021



Qrossmeysterimiz üçün həlledici tur
İdman 12:00 / 14.06.2021
Bu gün "Grand Chess Tour” şahmat seriyasının "Superbet Chess Classic Romania" turnirində doqquzuncu turunun görüşləri keçiriləcək. Yarışda iştirak edən təmsilçilərimizdən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da son turda mübarizə aparacaqlar. Sonuncu turu qrossmeysterimiz Şəhriyar Məmmədyarov üçün həlledici partiya kimi xarakterizə etmək olar. Belə ki, zəka sahibimiz turnirin qalibi adına əsas namizədlərdən biridir. Bunun üçün Ş.Məmmədyarova bu gün keçiriləcək sonuncu turda fransalı Maksim Vaşye-Laqrava məğlub olmamaq kifayət edir. Ermənistanlı Levon Aronyan və amerikalı Fabiano Karuana üzərində qazanılan ardıcıl inamlı qələbələr sayəsində aktivində 5,5 xal olan şahmatçımız hazırda ən yaxın izləyiciləri olan Aleksandr Qrişuk, Uesli So və Levon Aronyanı bir xal qabaqlayır.
Turnirdə keçirdiyi səkkiz oyunun hamısını heç-heçə başa vuran Teymur Rəcəbovun isə aktivində 4 xalı var. Şahmatçımız bu göstərici ilə altıncı sırada qərarlaşıb. O, sonuncu turda Levon Aronyan ilə qarşılaşacaq.
"Grand Chess Tour” seriyasının növbəti mərhələsi iyunun 17-dən 23-dək Parisdə keçiriləcək.

2117 oxunub

InvestAZ