XƏBƏR LENTİ
30 İyul 2021
29 İyul 2021
28 İyul 2021
27 İyul 2021
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021



“Narıncılar” AVRO-2020-yə qələbə ilə başladı
İdman 10:08 / 14.06.2021
Futbol üzrə Avropa çempionatında C qrupunda ilk turun ikinci oyunu keçirilib. Günün son qarşılaşmasında Niderland millisi Ukraynanı qəbul edib. "Yohan Kroyf” stadionunda keçirilən oyun məhsuldarlığı ilə seçilib. Belə ki, qarşılıqlı hücumlar şəraitində keçən matçda azarkeşlər 5 qola şahidlik ediblər. Matçda bütün qollar fasilədər sonra vurulub. Oyunun 52-ci dəqiqəsində "narıncılar”ın yarımmüdafiəçisi Jorjinyo Viynaldum hesabı açıb. Qoldan 7 dəqiqə sonra niderlandlı futbolçular hesab arasındakı fərqi artırıblar. Vaut Veqhorts fərqlənib. Lakin təslim olmaq istəməyən Ukrayna millisi 4 dəqiqəyə hesabı bərabərləşdirib. Andrey Yarmalenko və Roman Yaremçuk 75-ci və 79-cu dəqiqələrdə Niderlandın qapısına yol tapıb. Lakin Ukrayna millisinin bundan artığına gücü çatmayıb. Matçın 85-ci dəqiqəsində Niderland millisinin müdafiəçisi Denzel Dyumfres qələbə qazandıran qolu vurub.

Beləliklə, Niderland komandası ilk turda Ukrayna komandasını 3:2 hesabı ilə məğlub edib.

İlk turda qeydə alınan nəticələrə əsasən, C qrupunun turnir cədvəlinə 3 xalla Avstriya komandası başçılıq edir. İkinci pillədə 3 xala malik olan Niderland yer alıb. 3-cü və 4-cü pillələrdə isə müvafiq olaraq, Ukrayna və Şimali Makedoniya yığmaları qərarlaşıb.

1537 oxunub

InvestAZ