XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Formula-1-də qlobal dəyişikliklər təsdiqlənməyib
İdman 11:58 / 29.03.2019

Londonda "Liberty Media” ilə Formula-1-in bütün 10 komandasının nümayəndələri arasında irimiqyaslı görüş başa çatıb. Görüşün yekunlarına görə, 2021-ci ildən tətbiq olunacağı planlaşdırılan idman və texniki reqlament dəyişiklikləri barədə çempionatın rəhbərliyi və iştirakçıları tam razılığa gələ bilməyiblər. Bununla yanaşı, ümumilikdə görüş iştirakçılarının "Liberty Media”nın təklifindən razı qaldıqları bildirilir.
Görüş çərçivəsində Strateji qrupun (bütün komandaların iştirakı ilə), həmçinin tras və sponsor təmsilçiləri ilə birgə Formula 1 komissiyasının təqdimatı keçirilib. Qlobal məsələlərlə bağlı səsvermə təşkil olunmayıb. Lakin bu cür görüşlərin iyun ayınadək keçirilməsi planlaşdırılıb. Məhz bu müddətə 2021-ci il mövsümü üçün yekun reqlament işlənib hazırlanmalıdır.
Görüşün yekunlarından biri də Formula-1 tərəfindən "Mersedes” və "Ferrari” komandalarına bir sıra kiçik güzəştlərin edilməsi olub. Bundan başqa, gələn mövsümün reqlamentinə edilən bəzi dəyişikliklər bəyənilib. Bu dəyişikliklər Beynəlxalq Avtomobil Federasiyasının Dünya Şurasında təsdiqlənəcək.

36314 oxunub

InvestAZ