XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Şahmatçımız “Gelfand Challenge” turnirində mübarizə aparır
İdman 12:30 / 13.06.2021

Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də iştirak etdiyi "Julius Baer Challengers Chess Tour” turnirinin "Gelfand Challenge” adlı ikinci mərhələsinin son turları keçiriləcək. Şahmatçımız bu gün 4 turda mübarizə aparacaq. Onun rəqibləri - 16-cı turda Tingle Lei (Çin), 17-ci turda Jansaya Abdumalik (Qazaxıstan), 18-ci turda Polina Şuvalova (Rusiya), nəhayət sonuncu, 19-cu turda Vinsent Keymer (Almaniya) olacaq. Şahmatçımız ötən 15 turda 6 xal toplayıb.

Turnirdə hər birində 10 şahmatçı olmaqla iki komanda mübarizə aparır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu

komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.

Qeyd edək ki, beş turnirdən ibarət "Julius Baer Challengers Chess Tour”un final mərhələsinin oyunları sentyabrın 9-13-də baş tutacaq.


30141 oxunub

InvestAZ