XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Zəka sahibimiz “Gelfand Challenge”də növbəti oyunlarını keçirib
İdman 12:03 / 12.06.2021
Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də iştirak etdiyi "Julius Baer Challengers Chess Tour” turnirinin "Gelfand Challenge” adlı ikinci mərhələsinin növbəti 5 turunun oyunları keçirilib.
Şahmatçımız bu qarşılaşmaların ikisində qələbə qazanıb, birində heç-heçə edib, daha ikisində isə məğlub olub. G.Məmmədzadə 6 xalla turnir cədvəlində 8-ci yerdədir.
Turnirdə hər birində 10 şahmatçı olmaqla iki komanda mübarizə aparır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.
Qeyd edək ki, beş turnirdən ibarət olan "Julius Baer Challengers Chess Tour”un final mərhələsinin oyunları sentyabrın 9-13-də baş tutacaq.


32066 oxunub

InvestAZ