XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Paytaxtımız bu gün AVRO-2020-nin oyununa ev sahibliyi edəcək
İdman 11:28 / 12.06.2021
Bu gün futbol üzrə 16-cı Avropa çempionatında üç oyun təşkil olunacaq. Bu qarşılaşmaıardan biri A qrupunda, digər ikisi isə B qrupunda olacaq. A qrupundakı Uels-İsveçrə görüşü Bakı Olimpiya Stadionunda olacaq. Bu, Azərbaycan paytaxtında təşkil olunacaq. Fransalı Kleman Turpenin idarə edəcəyi oyun saat 17:00-da start götürəcək.
Komandalar böyük turnirlərin final mərhələlərində ilk dəfə üz-üzə gələcəklər. İndiyədək iki yığma arasında oynanılmış 7 oyunun 5-də İsveçrə, 2-də isə Britaniya təmsilçisi qələbə qazanıb.
B qrupunda turnirin iddialı komandalarından, hazırda FIFA reytinqində ilk pillədə qərarlaşan Belçika yığması Rusiya ilə üz-üzə gələcək. qrupun digər oyununda isə Danimarka Avropa çempionatının debütantı Finlandiya ilə qarşılaşacaq. Görüşlər müvafiq olaraq 20:00-da və 23:00-da start götürəcək.
Xatırladaq ki, çempionatın açılış oyunu dünən Türkiyə və İtaliya komandalarının oyunu ilə start götürüb. Görüş İtaliya komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

32115 oxunub

InvestAZ