XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Gənc cüdoçularımız gələcək yarışlara Qusarda hazırlaşırlar
İdman 11:53 / 11.06.2021

Qarşıdakı beynəlxalq yarışlara hazırlığı davam etdirən cüdo üzrə gənclərdən ibarət milli komandamızın üzvləri hazırda Qusar şəhərindədirlər.

Qusar Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışında baş məşqçi Elçin İsmayılov və məşqçi Şümşat Bəhramovun rəhbərliyi altında son ölkə birinciliyində uğur qazanan perespektivli gənc cüdoçular iştirak edirlər.

Qeyd edək ki, gənc cüdoçularımız bu ay Portuqaliyada keçiriləcək Avropa kuboku yarışında mübarizə aparacaqlar. Qusar Olimpiya İdman Kompleksində gənc cüdoçularla yanaşı kişilərdən ibarət milli komandamızın ikinci heyət üzvləri də iştirak edirlər. Onlar millinin məşqçiləri Elçin İsmayılov, Rüstəm Alimli və Nazim Hüseynovun tapşırıqlarını yerinə yetirərək gündə iki dəfə məşq keçirlər.


37483 oxunub

InvestAZ