XƏBƏR LENTİ
11 Noyabr 2025
10 Noyabr 2025
09 Noyabr 2025



Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya​ Komitəsinin prezidenti vəzifəsinə seçkilərdə iştirak edib
İdman 21:31 / 10.06.2021

Avropa Olimpiya Komitəsinin (AOK) iyunun 10-da Afinada keçirilən 50-ci Baş Assambleyasında Yunanıstanın Milli Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos AOK-un prezidenti seçilib.


O, AOK tarixində 9-cu prezident kimi səlahiyyətlərinin icrasına başlayıb.


Azərbaycanı toplantıda Milli Olimpiya Komitəsinin nümayəndələri – MOK baş katibinin müavini Azər Əliyev, marketinq şöbəsinin müdiri Mehman Kərimov, beynəlxalq şöbənin rəhbəri Anar Bağırov, eləcə də Avropa Gimnastika Federasiyasının prezidenti Fərid Qayıbov və Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov təmsil ediblər.


AOK-un Baş Assambleyasının toplantısında qurumun digər orqanlarına da seçkilər keçirilib. AOK-un baş katibi vəzifəsinə Rafael Paqnozzi (İtaliya), vitse-prezidenti vəzifəsinə isə Daina Qudzineviciute (Litva) seçilib. 2021-2025-ci illər üçün AOK İcraiyyə Komitəsinə isə Jan Mişel Brun (Fransa), Annamari Felps (Böyük Britaniya), Berit Kyoll (Norveç), Hasan Arat (Türkiyə), Corce Visatski (Serbiya), Viktoriya Kabezas (İspaniya), Xose Manuel Arauxo (Portuqaliya), Mixay Kovaliu (Rumıniya), Zlatko Matesa (Xorvatiya), Kristina Vasilianov (Moldova), Liney Halldorsdottir (İslandiya) və Uşi Şmitz (Almaniya) seçiliblər.



42683 oxunub

InvestAZ