XƏBƏR LENTİ
16 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



Maraqlı faktlar, nadir rekordlar - 3
İdman 17:05 / 10.06.2021


Qədim dövrlərdə müxtəlif xalqlar ayaqla top oyunları oynayıblar. Qədim Romada, orta əsrlərdə Fransada və İtaliyada bu oyunlara böyük maraq göstərilib. Şübhəsiz, həmin oyunlar müasir futbola oxşamır. 1863-cü ildə Londonda topla oyunu ayaqla, ya əllə oynamaq üstündə mübahisə düşüb. Nəticədə, ayaqla top oyunu oynamaq istəyənlər ittifaq yaradıblar. İttifaq oyunun qaydalarını da tərtib edib. Bu qaydalar zaman keçdikcə dəyişikliklərə məruz qalıb. Londonda 1863-cü ildə yaradılan futbol qaydaları cüzi dəyişikliklərlə dövrümüzə qədər gəlib çatıb. Dünyanın hər yerində sevilən futbol tarixində maraqlı faktlar, nadir rekordlar da qeydə alınıb. Oxucuları həmin faktlarla tanış edirik.


Rekordlar...


İngilis qapıçı Piter Şilton 1390 oyunda iştirak etməklə "ən təcrübəli qapıçı" rekordunu qırıb.

"Mançester Yunayted"in portuqaliyalı oyunçusu Kriştianu Ronaldu 94 milyon avroya "Real
Madrid"ə transfer edilərək, bu sahədə Zinədin Zidana məxsus rekordu təzələyib.

FİFA tərəfindən dünyanın "ən güclü futbolçusu" hesab edilən Pele 21 illik karyerasında 1279 qol vuraraq "ən çox qol vuran futbolçu" rekorduna sahib çıxıb.

2001-ci ildə Sidneydə oynanan matçda Avstraliya yığması Qərbi Samoa millisini 31:0 hesabı ilə məğlub edərkən Arxi Tompson vurduğu 11 qolla rekordun sahibi olub.

Yaponiyalı futbolçu Masaişi Makayama 1998-ci ilin aprel ayında 4 rəsmi oyunda 16 qol vurub. O, ardıcıl dörd oyunda het-trik edən yeganə futbolçu kimi adını futbol tarixinə yazdırıb.

Süleyman Mamam 13 yaşında yığma komandada ilk oyununu keçirməklə dünya futbol tarixində millinin heyətinə düşmüş ən gənc oyunçudur.

"Ən irigövdəli oyunçu" isə İngiltərə yığma komandasının qapıçısı Uilli Vulk olub. Onun boyu 1.90 sm, çəkisi isə 141 kq idi.

Yubiley matçında öz qapısına qol vuran futbolçu Frans Bekenbauerdir.


Əfsanəvi ingilis futbolçu Qari Lineker karyerası dövründə 1 dəfə də olsun sarı vərəqə görməyən futbolçu kimi tarixə düşüb.

İngiltərə 3-cü dəqiqədə öz qapısına qol vuran paraqvaylı Karlos Qamarra öz qapısına "ən erkən qol vuran" futbolçu kimi tarixə düşüb.


692 oxunub

InvestAZ